Ölkə

Azərbaycan mina probleminin DİM-in tərkibinə salınması üçün müraciət edib - Əli Əhmədov

7 May 2024 11:01
Baxış: 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan minalardan təmizlənmə məsələsini DİM-in tərkib hissəsi olması ilə bağlı təşəbbüslə çıxış edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mayın 7-si "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, statistikalara görə minadan ölənlərin sayı 100-120 milyondan çoxdur.

"Bizim məqsədimiz bu ölümlərin qarşını almaq üçün qlobal addımlar atmaqdır. Azərbaycanda insanlar bu gün də minaların qurbanı olurlar", - Baş nazirin müavini deyib.

Qeyd edək ki, Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.