Ölkə

Bakıda inşasına başlanılan bu yol sürücüləri tıxacdan xilas edəcək - VİDEO

5 May 2024 07:20
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda tıxacları azaltmaq üçün yeni yol salınacaq.

Milli.Az xəbər verir ki, layihəyə əsasən, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolu inşa olunacaq.

Yeni yolun tikintisində məqsəd ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsidir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar nəcəfli "Xəzər Xəbər"ə bildirib ki, qeyd edilən birləşmənin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb ucqar hissələri arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.

Yeni yolda 3 yeraltı piyada keçidi və 4 tunel də inşa olunacaq. Layihə İdarəetmə Qrupu tərəfindən ərazidə tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır, ilkin qiymətləndirimə işləri yerinə yetirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.