Ölkə

Övladı qarşısında bıçaqlanan müharibə iştirakçısı

3 May 2024 00:07
Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Bağçalı" yaşayış massivində 33 yaşlı Orxan İmanov həmyaşıdı, Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb.

Məlumata görə, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəsi qazisidir və o, hadisəni qarşı tərəfin övladının gözü qarşısında edib.

Yaralı Respublika Kliniki Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Zərərçəkənin qaynı Ceyhun Nəsirli bildirib ki, Orxan Hüseynli ilə onun yeznəsi arasında əvvəllər heç bir münaqişə olmayıb. Hadisə baş verən vaxt isə bacısı övladı ilə həyətdə olub:

"Orxan Hüseynli yeznəmi söhbət etmək adı ilə çölə çağırdı. Övladı da həyətdə velosiped sürürdü, uşağın gözü qarşısında ona çoxsaylı bıçaq xəsarətləri yetirdi".

Hadisəni törətdikdən sonra ərazidən qaçmağa çalışan Orxan Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə nəticəsində yaralanan Orxan İmanov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.