Ölkə

Vasif Səmədov vəfat etdi

29 Aprel 2024 14:39
Baxış: 3 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. 
Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. 

O, "Azərbaycan pioneri", Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, "Azərbaycan gəncləri", "Kommunist", "İzvestiya", "Possiyski fermer", "Oqonyok" və "Literaturnaya qazeta" kimi məşhur mətbuat orqanlarında çalışıb. 

Vasif Səmədov "Oqonyok" jurnalının və "Literaturnaya qazeta"nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri olub. 

Yazıçı-publisistin həmmüəllif olduğu "Leyla Əliyeva: "Xocalıya ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" üçcildliyi araşdırmalar, aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn mühüm mənbədir. 

V. Səmədovun adı Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi "Dünyanın 1000 nüfuzlü şəxsi" adlı biblioqrafik sorğu kitabına daxil edilib.

Allah rəhmət eləsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.