Ölkə

Ursula Fon der Lyayen COP29-a dəvət olunub - FOTO

27 Aprel 2024 00:30
Baxış: 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıda keçirləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı (Aİ) yanında missiyanın rəhbəri Vaqif Sadıqov "X" hesabında paylaşım edib.

"Aİ-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı əsaslı fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Gimarayeşə dərin təşəkkürümü bildirirəm. Bu görüş həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə noyabr ayında Bakıda keçiriləcək COP29-a dəvət məktubunun göndərilməsi də yaxşı fürsət oldu", - diplomat paylaşımında bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.