Ölkə

Hüseyn Əzizoğlunun restoranındakı cinayətlə bağlı DİN-dən açıqlama - YENİLƏNİB

6 Mart 2024 16:52
Baxış: 15 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:52

Hüseyn Əzizoğlunun restoranında cinayət törədən tutulub. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda müvafiq polis orqanında təhqiqat araşdırması aparılır.

Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.

Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

-------

06:59

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə "Papaq" restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.