Ölkə

BQXK-dan saxlanılan Azərbaycan hərbçisi ilə bağlı AÇIQLAMA

29 Fevral 2024 16:32
Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial ikitərəfli dialoq aparır.

Milli.Az xəbər verir ki, bu barədə BQXK-nin Bakı ofisinin "X" sosial media hesabında qeyd edilib.

"Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə rəftar və saxlanma şəraitinə nəzarət etmək və həmin şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir", -deyə bildirilib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb. O, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.