Ölkə

1 ildə 63 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

19 Fevral 2024 12:19
Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib.

Milli.Az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.

2023-cü il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsi ilə 76 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib. 13 inzibati xəta protokolu isə hazırda məhkəmələrin icraatındadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.