Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsindən sonra boş qalan və yeni yaranan vakant yerlər üzrə qeydiyyat başlayır.
Bu barədə İdarədən məlumat verilib.
Bildirilib ki, fevralın 15-dən başlayan qeydiyyat prosesi fevralın 26-sı saat 23:59-da başa çatacaq.
Vakant yerlər üzrə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər.
Namizədin yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı var.
Namizədlər 1 (bir) illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun