Ölkə

"İlham Əliyevin rəhbərliyi sayəsində regionda sülh və inkişaf dövrü başlayıb"

22 Dekabr 2023 14:49
Baxış: 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, onun rəhbərliyi sayəsində regionda sülh və inkişaf dövrü başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bugünki dünyamızda belə lider çox az olur.

"2026-ci ildə ilk dəfə olaraq Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edərək dünyanın paytaxtına çevriləcək. Bilirəm ki, Azərbaycan bu foruma çox yüksək səviyyədə ev sahibliyi edəcək. Azərbaycan xalqının qonaqpərvərliyi dillər əzbəridir.

Ümid edirəm ki, Azərbaycan COP29-a ev sahbiliyi edərək, təşkilatlarla birlikdə işləyərək tədbirlərin görülməsi üçün əlindən gələni əsirgəməyəcək",- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.