Ölkə

Bakıda uzunluğu 7 kilometr olan velosiped yolu salınacaq

18 Dekabr 2023 13:32
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobillik layihəsində velosiped və skuterlər də nəzərə alınıb. İlk mərhələdə Bakıda uzunluğu 7 kilometr olan velosiped yolu salınacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı"nın təqdimatında bildirib.

O əlavə edib ki, piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir.

"Taksi xidməti də həmçinin, diqqət mərkəzindədir. Ötən dövr ərzində bir sıra qanunlara dəyişiklik edilib. Bundan sonra, alt qaydalara dəyişikliklər gözlənilir. Ardınca yeni qanunvericiliyin tətbiqinə başlanılacaq", - deyə nazir müavini əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.