Ölkə

Gələn ay Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq

17 Dekabr 2023 16:05
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ay Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Mehr" agentliyinin verdiyi xəbərə görə, bunu İran yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib.

Nazir müavini qeyd edib ki, əldə olunan razılaşmaya əsasən, layihənin reallaşdırılmasına 2024-cü ilin əvvəlində, yarım ay sonra başlamağı planlaşdırırlar. Şəhriyar Əfəndizadə 162 km uzunluqdakı bu dəmir yolu xəttinin gələn il İran üçün ən vacib dəmir yolu xətti layihəsi olduğunu vurğulayıb.

Rəşt-Astara dəmir yolu Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir. Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizi isə öz növbəsində Azərbaycan, Rusiya, İran və Hindistanın nəqliyyat kommunikasiyalarını inteqrasiya edəcək Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.