Ölkə

50 bağçada keyfiyyət monitorinqi aparılıb - Agentlik sədri

11 Dekabr 2023 10:28
Baxış: 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ildə 50 bağçada keyfiyyət monitorinqi aparılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu hesabatlar həm bağçaların özünün təhlili, həm də çətinliklərin aradan qaldırılması üçün zəruri addımlar atılması istiqamətində yol xəritəsi rolu oynayır.

"Həmçinin, bağçalarda idarənin təkmilləşdirilməsi üzrə qiymətləndirmə sənədləri hazırlanıb", - deyə o əlavə edib.

Qeyd edək ki, "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, digər qonaqlar, beynəxalq ekspertlər iştirak edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.