Ölkə

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq

30 Noyabr 2023 12:25
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev parlamentdə "Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi" mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.

"Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq", - F.Əliyev qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.