Ölkə

DİN-dən vətəndaşlara çağırış! - Kimsə sizə belə desə...

25 Noyabr 2023 12:20
Baxış: 2 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Naizrliyi vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib:

"Kimsə sizə "bank kartınızı göndərin yardım edəcəm" - desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı "bank kartınızı göndərin beh verim" - desə göndərməyin! Kimsə sizə "kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin" - desə etməyin! Kimsə sizə "onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz" - desə qoşulmayın! Hamısı yalandır!

Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.