Meyitlər burada təxminən bir həftə qaldı - Raşid Beqlaryan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Raşid Beqlaryanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib. Əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salıblar.
"Biz atəş açanda qadınlar və uşaqlar qışqırmağa başladılar, qaçıb xilas ola bilənlər Ağdam tərəfə getdilər, xilas ola bilməyənlər isə burada qaldılar. Atəş bitdikdən sonra meyitlərə yaxınlaşıb yoxlayırdılar. Ölməyənlərin üzərinə yenidən atəş açırdılar. Sonra onların üzərindəki qiymətli əşyalar çıxarılmağa başladılar. Bu ərazi Xocalı sakinlərinin meyitləri ilə dolu idi.
Meyitlər burada təxminən bir həftə qaldıqdan sonra basdırıldı", - deyə o, əlavə edib
Xatırladaq ki, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilib.
Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)





