Ölkə

Yevlaxda Zəfər Günü münasibətilə bayram konserti təşkil olundu - FOTO

9 Noyabr 2023 14:06
Baxış: 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yevlax Şəhəri Heydər Əliyev Xiyabanında 8 Noyabr - Zəfər Gününə həsr edilən bayram konserti keçirilib. Konsertdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP rayon təşkilatının fəalları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrinin rəhbərləri və kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər.

Respublikanın tanınmış incəsənət xadimləri Nura Suri, Nigar Camal, Kazımcan, Zeynəb Həsəni, Qurd (Fərid Eminov), Elvin Əhməd və Hüseyn Abdullayevin ifaları ilə müşayiət olunan konsert rayon sakinlərinə yüksək əhval ruhiyyə bəxş edib.

Bayram konsertinin sonunda keçirilən möhtəşəm atəşfəşanlıq rayon sakinləri tərəfindən xüsusi coşqu ilə qarşılanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.