Ölkə

Bayram günlərində bölgələrdə boş HOTEL TAPILMADI - VİDEO

9 Noyabr 2023 16:56
Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstirahət üçün bölgələrə üz tutanların artması səbəbindən hotellərdə sıxlıq yaşanır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Lənkərana üz tutan turistlər yerləri öncədən bron ediblər. Bayram günlərində orada fəaliyyət göstərən istirahət mərkəzlərində bir nəfər üçün günlük qiymət 70 manatdan 100 manata qədər dəyişir.

Şəkidə də otellərdə yerlərin 70 faizdən çoxu əvvəlcədən tutulub. Ancaq qiymətlər artmayıb. Fərdi evlərə gəlincə isə qiymətlər 150 manatdan 500 manatadək dəyişir.

Şimal bölgəsinə də üz tutanların sayı kifayət qədərdir. Bayramla bağlı Qubaya gedən çox olsa da, qiymət artımı yoxdur.

Rieltorların sözlərinə görə, qənaət üçün turistlərə bir neçə ailənin birləşib tuta biləcəyi evlər də təklif edilir. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.