Ölkə

"Zəfər gününü qeyd etmək üçün Zaqataladan gəlmişəm"

8 Noyabr 2023 12:15
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çox böyük və qürur hissi ilə bu yürüşdə iştirak edirik.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında paytaxt Bakıda Zəfər bayramını qeyd edən Zaqatala sakini Əbdürrəhmanov Oruc deyib.

"Zəfər gününü qeyd etmək üçün Zaqataladan gəlmişəm. Bizim igid oğullarımız torpaqlarımızı işğaldan azad etdi. Çox xoşdur ki, Zəfər Bayramında millətimiz igidlərimizi xatırlayır, yada salır", - deyə o bildirib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.