Ölkə

Azərbaycan ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçildi

25 Oktyabr 2023 14:35
Baxış: 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Qiymətləndirmə Qrupuna üzv seçilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Astanada təşkilatın Avropa Regional Komitəsinin 73-cü sessiyası keçirilir. Azərbaycanı toplantıda səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiya çərçivəsində ÜST-nin Regional Qiymətləndirmə Qrupuna seçki olub. Nəticədə Azərbaycan qrupa üzv seçilib.

Qeyd olunub ki, bu, Azərbaycanın ÜST kimi nüfuzlu bir qurumla sıx və səmərəli əməkdaşlığının uğurlu nəticəsidir: "Ölkəmizin ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilməsi Azərbaycanın bu təşkilatda qərarverici mövqeyini daha da möhkəmləndirir və gələcək fəaliyyət imkanlarını genişləndirir.

Regional Qiymətləndirmə Qrupu ÜST-nin fəaliyyətinin qiymətləndirməsi ilə bağlı töhfələrini verir. Qrup, qiymətləndirmə fəaliyyətinin yaxşılaşdırılması, nəticələrə görə məsuliyyətin artırılması və təşkilatın araşdırma işinin təşviqi sahəsində ÜST-də mühüm rol oynayır.

Belə ki, qrup, qiymətləndirmə resurslarının istifadəsi zamanı əldə edilən nəticələrə görə, hesabatlılığı təmin etmək və təcrübələrin öyrənilməsini asanlaşdırmaq məqsədini də daşıyır. Bundan əlavə, Regional Qiymətləndirmə Qrupunun fəaliyyəti qərarların qəbuluna da təsir göstərir".

Qeyd edək ki, ÜST-nin Avropa Regional Komitəsinə regional direktor vəzifəsinə namizədlərin qiymətləndirilməsi, meyarların müəyyən edilməsi və qısa siyahıya salınması da bu Qrup tərəfindən həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.