Ölkə

Babək şəhərində “Şəhidlər parkı” salınır

2 Oktyabr 2023 21:36
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Babək şəhərində "Şəhidlər parkı" salınır.

Milli.Az report-a istinadən xəbər verir ki, muxtar respublikada şanlı zəfər tariximiz olan Vətən müharibəsi iştirakçılarının, şəhid və qazilərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın bir sıra rayonlarında "Şəhidlər parkı" memorial kompleksləri salınacaq.

Layihə çərçivəsində artıq Babək şəhərində "Şəhidlər Parkı" memorial kompleksinin inşasına başlanılıb.

Babək şəhərinin mərkəzində 2 500 kvadratmetr ərazidə salınan parkda şəhidlərimizin ölməzliyini, şanlı qələbəmizi təcəssüm etdirən zəfər abidəsinin tikintisi tamamlanmaq üzrədir. Abidənin hündürlüyü 9, yerləşdiyi ay-ulduz platformanın diametri 12 metrdir. Həmçinin parkda Babək şəhidlərinin rəsmlərinin əks olunduğu lövhə inşa olunur.

Parkın ərazisində yaşıllıq sahələri də salınacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.