Ölkə

“Final” çay markası ucqar kəndin şagirdlərini sevindirib - FOTO

2 Oktyabr 2023 16:48
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Final" çay markası ucqar kəndin şagirdlərini sevindirib.

Bir sıra sosial layihələrə imza atan "Final" çay markası bu dəfə şagirdlərə sevinc bəxş edib. Lənkəran rayonunun ucqar dağ kəndinə yollanan "Final" kollektivi uşaqları teatr tamaşası ilə sevindirib.

Belə ki, çay markasının dəstəyi ilə Lənkəran rayonu Biləsər kənd tam orta məktəbinin şagirdləri üçün açıq hava tamaşası nümayiş etdirilib. Uşaqlar Lənkəran Dövlət Dram Teatrının aktyorlarının hazırladığı "Uçan səhnə" adlı teatr tamaşasını böyük maraqla izləyiblər.

Sonra isə şagirdlər arasında əyləncəli oyunlar keçirilib. Tədbirin sonunda isə iştirakçılara "Final" çay markası tərəfindən məktəb ləvazimatları və müxtəlif hədiyyələr paylanıb.

30 ildir yüksək keyfiyyəti və nəfis dadı ilə klassikaya çevrilmiş "Final" çay markası ənənəsinə sadiq qalaraq sosial layihələri gələcəkdə də davam etdirəcək.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.