Ölkə

Böyük Qayıdışın yeni ünvanı - Xankəndi - VİDEO

29 Sentyabr 2023 18:49
Baxış: 1 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xankəndidən olan məcburi köçkünlərin öz doğma yurdlarına qovuşacağı gün uzaqda deyil

Tezliklə Böyük Qayıdışın yeni ünvanı Xankəndi olacaq.

Xankəndidən olan məcburi köçkünlərin öz doğma yurdlarına qovuşacağı gün uzaqda deyil.

19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda icra etdiyi antiterror tədbirlərindən sonra bölgədə sülhün tam bərqərar edilməsi Xankəndidən olan məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını sürətləndirəcək. Artıq Xankəndidən olan ailələr səbirsizliklə həmin günü gözləyirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 1988 - ci ildə doğma evlərini tərk etmək məcburiyyətində qalmış  Quliyevlər ailəsi erməni qonşularının azərbaycanlılara qarşı olan nifrətini hər zaman duyduqlarını bildirirlər.

Hər zaman Xankəndiyə qayıdacaqları günün xəyalını quran  sakinlər indi bu arzunun astanasındadırlar.  

Qeyd edək ki, ötən gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşü keçirilib. Görüşdə Xankəndi şəhərinə qayıdışının təşkili ilə bağlı qarşıda duran vəzifələrdən və planlardan danışılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.