Ölkə

Vardanyandan sonra onlar da saxlanıldı - YENİLƏNİB

29 Sentyabr 2023 16:20
Baxış: 4 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sputnik Ermənistan"ın yaydığı məlumata görə isə, separatçıların "Təhlükəsizlik Şurası"nın keçmiş "rəhbər"i Arşavir Qaramyan da saxlanılıb. 

----------

14:48

Azərbaycanın Xankəndi şəhərindəki separatçıların keçmiş "komandir"i Levon Mnatsakanyan "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "general"a yaxın mənbə açıqlayıb.

Xatırladaq ki, sentyabrın 27-si "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.