Ölkə

Azərbaycanda saxta domenlərin sayı açıqlandı

23 Sentyabr 2023 11:29
Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin birinci yarısında Azərbaycanın 52 dövlət qurumunun domeninə analoq olan saxta domenlər aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət qurumlarının İT rəhbərlərinin 2-ci sammitində deyib.

"Bu domenlər xüsusi kiberkəşfiyyat vasitələri ilə qeydiyyat zamanı artıq aşkarlanıb. Müvafiq dövlət orqanları ilə bütün ölkədə onları bloklamışıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, onların bloklanması həm də minlərlə kiberhücumların hazırlıq mərhələsində bloklanması deməkdir.

Xəbər yenilənəcək

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.