Ölkə

ƏHALİNİN NƏZƏRİNƏ: Sabah saat 09:30-dan...

20 Sentyabr 2023 22:30
Baxış: 5 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azəriqaz" İB Şəmkir, paytaxtın Sabunçu və Xətai rayon sakinlərinə müraciət edib.

İB-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 21-i saat 09:30-dan payız-qış mövsümünə hazırlıqla əlaqədar "Yeni Binə 3 xətt" ölçü qovşağından Binə qəsəbəsinə gedən qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan "Zəyəm" ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində cari təmir-bərpa işləri və "Keşlə" QPS-dən qidalanan "Şüşə" orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin əvəz olunması məqsədilə adıçəkilən ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazinin, Xətai rayonunun Ağ şəhər yaşayış massivinin, Xocalı prospektinin və M.Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrinin, eləcə də Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.