Ölkə

Xarici valyutada verilən kreditlərdə sərtləşmə davam edəcək

11 Sentyabr 2023 16:09
Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü ilin II rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalma müşahidə olunub. Xarici valyutada verilən biznes kreditləri üzrə kredit standartlarında isə sərtləşmə davam edib. Bankların 2023-cü ilin III rübü üzrə gözləntilərinə əsasən sektorda qısamüddətli və milli valyutada verilən biznes kreditləri üzrə standartlarda yumşalmaların olacağı, xarici valyutada verilən kreditlərdə isə sərtləşmənin davam edəcəyi proqnozlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

2023-cü ilin II rübündə bankların likvidliyi, portfelin keyfiyyəti, kreditlərə tələbin artması, ümumi iqtisadi faktorlar, habelə, iqtisadiyyatın sahələri üzrə artım tempi biznes kreditləri üzrə kredit standartlarına yumşaldıcı təsir göstərib. Biznes kreditlərinin verilmə şərtlərində əsas sərtləşdirici faktorlar maliyyələşmə dəyəri, iri borcalanların maliyyə vəziyyətinə dair risklər və uçot faiz dərəcəsi olub. Biznes kreditlərinin verilmə şərtlərində aşağı riskli kreditlərə tətbiq olunan marja və maksimal məbləğ üzrə yumşalma, yuxarı riskli kreditlərə tətbiq olunan marja və məhdudlaşdırıcı meyarlar üzrə isə sərtləşmə müşahidə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.