Ölkə

Sabah iki rayonda qaz olmayacaq

1 May 2023 18:10
Baxış: 2 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Naftalan və Goranboy rayonlarında qaz olmayacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" I xətt yüksək təzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, mayın 2-də saat 09:00-dan etibarən mayın 3-də işlər başa çatanadək "Goranboy", "Naftalan", "Goran qəsəbəsi" və "Gilan Knauf" MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.