Ölkə

Lənkəranda nişan mərasimində 17 nəfər qidadan zəhərlənib

24 Aprel 2023 14:08
Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

24 aprel saat 01:15 radələrində Lənkəran rayon Bəliton kənd sakinləri olan 17 nəfər (1-i kişi, 7-si qadın, 9-u uşaq olmaqla) qida zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

"7 nəfər ambulator müalicə üçün evə buraxılıb, 10 nəfər isə tibb müəssisəsinin müvafiq şöbəsinə yerləşdirilib. Vəziyyətləri stabildir", - məlumatda vurğulanır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.