Ölkə

Ödənişli parklanma yerləri ilə bağlı xüsusi paketlərin tətbiqi təklif edilir

3 Mart 2023 16:58
Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda ödənişli parklanma yerləri ilə bağlı yeni sistemin tətbiq edilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

Sənəddə ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə "Vahid parklama kartı" (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqi təklif edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.