Ölkə

Göygölü çirkləndirənlər cərimələndi - FOTO

26 İyul 2022 10:54
0 Şərh     Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöldə məişət tullantılarını kənara atanlar cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xüsusilə turizm zonalarının ərazilərində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Keçirilən sonuncu belə monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 4 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub. Ərazi təmizəndikdən sonra obyektlərin icarədarları ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.