Ölkə

Sabahdan Azərbaycanda maska tələbi ləğv edilir

30 Aprel 2022 09:39
1 Şərh     Baxış: 1 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda sabahdan tibbi maska tələbi ləğv edilir.

Milli.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunur.

Eyni zamanda, sabahdan Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımayacaq və yalnız tövsiyə edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.