Bakıda oğul anasını qətlə yetirib.
Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
32 yaşlı Samir Cəfərov səhər vaxtı valideyni ilə yemək yeyərkən 62 yaşlı anası Bəsti Cəfərovanın başını kəsib.
Qonşular İTV-yə bildirib ki, bundan öncə onlarda problem eşidilməyib, sakit ailə olublar. Oğlanın isə hansı səbəbdən qətl törətdiyi hələ ki, dəqiqləşdirilməyib.
Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Milli.Az