Ölkə

Bakıda 22 yaşlı gənc özünü dənizə atıb

9 Dekabr 2021 13:00
0 Şərh     Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 22 yaşlı gənc intihara cəhd edib.

Hadisə Dənizkənarı Milli Parkın ərazisində olub. 1999-cu il təvəllüdlü Alıyev Vaqif Şəhriyar oğlu bu gün saat 11 radələrində bulvarda özünü dənizə atıb.

Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. V. Alıyev xilas edilərək Kliniki Tibbi Mərkəzə yerldirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə açıqlamasında bildirib ki, hazırda V.Alıyevin vəziyyəti kafidir, müalicəsi davam etdirilir.

"Hazırda vəziyyəti kafidir, boğulma əlamətləri yoxdur, soyuq suda qaldığından bədəndə hipotermiya müşahidə olunur. Bütün ilkin tibbi yardım göstərilib", - deyə E.Hidayətoğlu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.