Bu gün, dekabrın 29-da Ermənistanın Ararat bölgəsində buzlu şərait və duman səbəbindən bir neçə zəncirvari qəza və ölümlə nəticələnən toqquşma baş verib.
Milli.Az xəbər verir ki, Shamshyan.com saytının məlumatına görə, səhər saat 08:00 radələrində İrəvan - Arazdəyən (Yerasx) avtomobil yolunun Masis-Marmaraşen hissəsində 100-dən çox avtomobil toqquşub.
Hadisə yerinə çoxlu sayda patrul xidməti əməkdaşı cəlb edilib, yolda süni tıxacın yaranıb, 1 nəfər maşın vurmasından ölüb.
Ölümlə nəticələnən toqquşma faktı üzrə Masisin istintaq şöbəsində cinayət işi başlanılıb, zəncirvari qəzalar faktı üzrə isə Ararat Patrul Xidmətində sənədlər tərtib edilir.
Sürücülərin şəxsiyyəti müəyyənləşdirilir.
Fotomüxbir Qaqik Şamşyanın sözlərinə görə, yolda duman və buz olub. Qəzadan sonra 20-dən çox avtomobilin sürücüsü sığorta şirkətinin əməkdaşlarını gözləmədən öz aralarında razılaşaraq hadisə yerini tərk ediblər. /Modern.az
Milli.Az