Ermənistan

Ermənistan hərbi xərclərini niyə artırır?

3 Noyabr 2024 15:22
Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın müdafiə xərcləri gələn il 20 faiz artaraq 664 milyard dram (1,71 milyard ABŞ dolları) təşkil edəcək. Bu barədə bunu respublikanın maliyyə naziri Vaqe Ovannisyan deyib. Onun sözlərinə görə, hərbi xərclər 2024-cü illə müqayisədə 0,7 % çox olacaq.

Bəs Ermənistan hərbi xərclərini niyə artırır? 

Mövzu ilə bağlı Milli.AZ-a açıqlamasında politoloq Elşən Manafov bildirib ki,  rəsmi İrəvanın öz hərbi xərclərini artırması onun regional təhlükəsizlik problemlərinin həllinə Qərbin bölgə ilə bağlı geosiyasi baxışları kontekstindən yanaşmasından irəli gəlir. Qərb isə regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsinə cəhd göstərir. 

"Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını ilk baxışda dəstəkləyən Qərb, Ermənistanı silahlandırmaqla əslində danışıqları dolayısı yolla təhdid edir, tərəfləri onun regionla bağlı geosiyasi maraqlarına uyğun müstəvidə danışıqlara dəvət edir. Məhz Qərbin bölgədə eskalasiyanın gücləndirilməsinə yönəlmiş siyasəti Ermənistanı hərbi xərclərini artırmağa sövq edir. ABŞ və Fransanın Ermənistanın silahlandırılması ilə bağlı siyasəti regionda gərginliyin yüksəlməsinə xidmət etməklə, ilk növbədə, Rusiyanın Cənubi Qafqazda münaqişəyə cəlb olunmasına, onun Ermənistanla münasibətlərində gərginliyə, rəsmi İrəvanın KTMT-dən uzaqlaşdırılmasına və Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına hesablanıb".

Politoloq qeyd edib ki, rəsmi Bakı isə Qərbin regionla bağlı geosiyasi baxışlarını bölüşmədiyindən, Ermənistanın silahlandırılması ilə Qərb Azərbaycanla münasibətlərini təhdid müstəvisi üzərində qurmağa çalışır.

Aysel Əkbər
Milli.AZ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.