Ermənistan

Nikolun masasında Azərbaycan bayrağının simvolu? - FOTO

9 Aprel 2024 07:54
Baxış: 2 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyanın vaxtaşırı yellədiyi Ermənistan xəritəsinin maketi, son vaxtlar onun masasında daha çox görünən qara kepka və qum saatı - bütün bu simvolları Qərb diktə edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, belə bir iddianı erməni mediasına açıqlamasında "Mədətyan" psixoloji mərkəzinin rəhbəri, psixoloq Miqrdat Mədətyan deyib.

Onun fikrincə, həm bu simvollar, həm də 2018-ci ildə hakimiyyət dəyişikliyi və 2020-ci ildə müharibə zamanı istifadə olunan üsullar əslində Qərb mütəxəssislərinin işinin nəticəsidir, bu üsullar psixoloji baxımdan çox yaxşı qurulub, düzgün formalaşdırılıb. onları təcəssüm etdirmək üçün neyrolinqvistik terminlər və təsirli ifadələr seçilir.

O bildirib ki, kepka - imicdir, Leninin obrazına işarədir (inqilab lideri kimi - red.), çünki kostyumla kepka yalnız Lenində olub.

Mədətyan Paşinyanın masası üstündə müstəlif görüşlərdə müxtəlif rənglərdə olan qum saatlarından da danışıb. Qeyd edib ki, adətən, görüşlərdə müxtəlif rəngli 3 qum saatı olur:

"Mülki Müqavilə Partiyası üzvləri ilə və yaxud Tavuşda sakinlərlə görüşdə masadakı 3 qum saatının rəngləri Ermənistan bayrağını simvolizə edir. Digər görüşdə isə onun masasında qırmızı, yaşıl və sarı rəngli qum saatları olub ki, bu da Azərbaycan bayrağının simvoludur".

Qeyd edək ki, bu iddia özünü doğrultmur: Azərbaycan bayrağında sarı rəng yoxdur, mavidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.