Dünya

Ərdoğan ABŞ polisinin mühafizəçilərinin həbsinə dair order verməsinə kəskin reaksiya verdi

16 İyun 2017 07:39
0 Şərh     Baxış: 1 312

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ polisinin mühafizəçilərinin həbsinə dair order verməsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Prezident Kompleksində keçirilən "Ankara Dövlət Protokol İftarı" proqramında çıxışı zamanı, Ərdoğan Ankaranın ABŞ hakimiyyətinin bu qərarı ilə siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib.

O qeyd edib: "Mən ABŞ-da olarkən PKK və FETO üzvləri mən olduğum yerin 40-50 metrliyində aksiya keçirdilər. ABŞ polisi bunla bağlı heç bir tədbir görmədi. Heç təsəvvür edirsinizmi, belə bir hadisə Türkiyədə baş versəydi, nələr olardı? ABŞ polisinin bu vəziyyətdə heç bir tədbir görməməsi azmış kimi, üstəlik dünən iki soydaşımızı həbs ediblər, 12 mühafizəçim barəsində həbs qərarı veriblər. Bu nə qanundur belə? Mühafizəçilərim məni qorumayacaqsa, onları nə üçün Amerikaya aparmalıyam?"

Qeyd edək ki, ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mühafizəçilərinin həbsinə dair order verib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.