Dünya

"Məkkədən gətirilən Zəmzəm suyu ilə xərçəng yayırlar" - Şeyxdən şok açıqlama - VİDEO

28 Oktyabr 2016 20:40
18 Şərh     Baxış: 6 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Allah belə fırıldaqçılara lənət eləsin! Həccdən qayıdanda özləri ilə Məkkədən su gətirirlər, "Zəmzəm suyu" adı ilə insanlara satırlar. Nə qədər müsəlman bu sudan xəstəlik tapır"

Milli.Az Memri-yə istinadən bildirir ki, Yamaykadakı müsəlmanların dini liderlərindən olan şeyx Abdulla əl Feysəl YouTube-da yaydığı videosunda belə deyib.

"Zəmzəm suyu ilə zəhər satanlar kafirlərdir! Allah onlara lənət etsin! Bu Zəmzəm suyunu içəndən sonra nə qədər müsəlman xərçəng xəstəliyinə tutulub", - şeyx Feysəl söyləyib.

İngiltiərənin Qetvik şəhərində doğulan, İslamı qəbul edənədək ad və soyadı Trefor Uilyam Forrest olmuş 52 yaşlı bu şəxs müxtəlif cinayətlərə görə Britaniyada 4 il həbs cəzası çəkib.

Zəmzəm Məkkədəki su quyusudur və bu quyunun suyu müsəlmanlar tərəfindən müqəddəs, şəfalı sayılır.

BBC isə bildirir ki, aparılmış kimyəvi testlər və araşdırmalar Zəmzəm suyunda çox təhlükəlim kimyəvi birləşmələrlə bakteriyaların olduğunu aşkarlayıb.

Səudiyyə Ərəbistanının mövcud qanunvericiliyinə görə, Zəmzəm suyunun ixracı yasaqdır. Lakin rəsmi Ər-Riyad Həcc ziyarətinə gələnlərə özləri ilə vətənlərinə az miqdarda Zəmzəm suyu aparmağa icazə verir.

ABŞ və Britaniyada dükanlarda Zəmzəm suyunun satışı qəti qadağandır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.