Dünya

Türkiyə-Suriya sərhədində güclü partlayış: 44 ölü, 140 yaralı var - VİDEO - FOTO

27 İyul 2016 15:21
0 Şərh     Baxış: 2 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:21

APA bildirir ki, Suriya dövlət agentliyi - SANA-nın yaydığı xəbərə görə, partlayış nəticəsində 44 nəfərin öldüyü, 140 nəfərin isə yaralandığı bildirilib.

Eyni zamanda, partlayış Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsində 2 nəfərin yaralanmasına səbəb olub.

----------

13:33

Publika.az xəbər verir ki, Suriya dövlət televiziyası Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş vermiş partlayışda ölənlərin sayının 31, yaralananların isə 170 olduğunu xəbər verib.

Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı isə aralarında mülki vətəndaşların da olduğu 14 nəfərin öldüyünü açıqlayıb.

Qeyd edək ki, Qamışlı mahalı Türkiyə sərhədində yerləşir.

Report-un "Reuters"ə istinadən xəbərinə görə, İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. 

Məlumatda, həmçinin Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda partlayış nəticəsində qırılan şüşələrin 2 nəfəri yaraladığı vurğulanıb. Yaralılar Mehmet Sait Biçen (68) və Nasrettin Dikkat (76) Nusaybin Dövlət Xəstəxanasına qaldırılıblar. 

-----------

13:19

Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib. 

Milli.Az report-a istinadən bildirir ki, hadisə Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş verib. 

Məlumata görə, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb. Nəticədə 14 nəfər ölüb, 50 nəfər yaralanıb. Eyni zamanda, hadisədə 30 evə ciddi zərər dəyib. 

Suriya dövlət televiziyası isə patlayışda ölənlərin sayının 22 nəfər olduğunu açıqlayıb.
Məlumatda, həmçinin Türkiyənin Nusaybin rayonunda partlayış nəticəsində qırılan şüşələrin 2 nəfəri yaraladığı vurğulanıb. Yaralılar Mehmet Sait Biçen (68) və Nasrettin Dikkat (76) Nusaybin Dövlət Xəstəxanasına qaldırılıblar. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyə-Suriya sərhədində güclü partlayış: 31 ölü, 170 yaralı var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.