Dünya

Türkiyədə canlı yayımda DƏHŞƏTLİ qəza - VİDEO

25 İyul 2016 17:47
3 Şərh     Baxış: 5 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobili həddindən artıq sürətlə idarə edən iki gənc canlı yayımda qəzaya düşdülər.

Milli.Az Türkiyə mediasına istinadən bildirir ki, İstanbulun Şile yolunda avtomobillə hərəktdə olan iki gənc yüksək sürət sonrasında qorxulu anlar yaşayıblar.

Sosial şəbəkələrdə bir ilk daha reallaşıb. Belə ki, Şile yolunda iki gənc avtomobil idarə edə-edə Naviqasiyanı "Periscop" hesablarında paylaşmağa başlayıblar. Avtomobili yüksək sürətlə idarə edən gənclər musiqiyə xeyli səs verərək sosial şəbəkəyə bağlanıblar. Həmin an qarşılarına çıxan yük maşını avtomobilin aşmasına səbəb olub. Diqqətsizliyin törədiyi qəzada yük maşınına çırpılan avtomobildəki gənclər sakinlərin köməyi ilə avtomobildən çıxarılaraq təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Onların hər ikisinin vəziyyətinin ağır olduğu deyilir. 

Qəza anı "Periscop"da anbaan istifadəçilər tərəfindən canlı izlənilib.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyədə canlı yayında DƏHŞƏTLİ qəza

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.