Dünya

Çin uyğurlara görə jurnalisti ölkədən çıxarır

27 Dekabr 2015 22:08
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin fransalı jurnalisti terroru dəstəkləməkdə ittiham edərək onun media akkreditasiyasını yeniləməmək qərarını təsdiq edib. Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu isə onun ilin sonunadək Pekini tərk etməli olduğu deməkdir.

Çinin Xarici İşlər Nazirliyi bildirib ki, həftəlik L'Obs jurnalının Pekin müxbiri Ursula Qautier artıq Çində işmək üçün uyğun deyil.

Çin Qautierdən son yazılarından birini dəyişməsini və üzr istəməsini tələb edib. Xanım jurnalist isə ölkəni tərk etməyə üstünlük verdiyini bildirib.

Quitierin ötən ay dərc edilən məqaləsində deyilir ki, Pekin Parisdəki terror aktlarından yararlanaraq müsəlman uyğurlara təzyiqlərə haqq qazandırmağa çalışıb. Məqalədəki bu fikir Çin hakimiyyətinin xoşuna gəlməyib və rəsmi KİV-lər ittiham kampaniyasına başlayıblar.

L'Ob jurnalı isə Fransa ilə Çin arasında iqtisadi, mədəni və diplomatik əlaqələrin möhkəmləndiyi zamanda əməkdaşının ölkədən çıxarılmasını "böyük insident" sayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.