Dünya

Ana və 3 övladı yanğında öldülər - VİDEO

2 Oktyabr 2014 10:09
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Karaman vilayətində 4 nəfərin faciəvi ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib

Anspress-in yerli mətbuata istinadən məlumatına görə, Fatih məhəlləsində 3-mərtəbəli binanın 3-cü mərtəbəsində naməlum səbəbdən yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə dəstələri cəlb olunaraq yanğına müdaxilə olunsa da evə girmək mümkün olmayıb.

Təxminən yarım saat davam edən söndürmə çalışmalarından sonra evə girməyə müvəffəq olan yanğınsöndürənlər 37 yaşlı ana Elifə Akbulutun yanmış cəsədi ilə qarşılaşıblar. Tüstüdən zəhərlənən 38 yaşlı ata Mustafa Akbulut, uşaqları 10 yaşlı Ayşə, 7 yaşlı Rəbiə və 4 yaşlı Osman xəstəxanaya çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq uşaqları xilas etmək mümkün olmayıb və hər 3 uşaq dünyasını dəyişib.

Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.