Dünya

Zorlanan qadını restorana buraxmadılar

16 Sentyabr 2014 10:15
4 Şərh     Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın polisə şikayət etsə də, heç bir nəticəsi olmayıb

Hindistan restoranlarından birində gənc qadına və onun sevgilisinə xidmət etməkdən imtina ediblər.

Anspress-in məlumatına görə, qadın iddia edir ki, restorana buraxılmamasının səbəbi onun 2011-ci ildə zorlanmasıdır.

"Sevgilimlə restorana gəldim. Amma məni içəri buraxmadılar. Restoranın meneceri və nəzarətçisi hamının yanında qışqırırdı ki, məni Park küçəsində zorlayıblar".

Qadın polisə alçadılması haqqında şikayət ərizəsi verib. Amma restoran nümayəndələri onun iddialarını təkzib ediblər.

Qeyd edək ki, sözügedən qadını 2011-ci ildə zorlayıblar. Hindistan mətbuatı bu barədə geniş yazmışdı. Belə ki, qadını camatın gur olduğu küçədə zorla avtomobilə mindirib, tapançayla onu hədələyib zorladıqdan sonra maşından atmışdılar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.