Dünya

Yanukoviç terror təşkilatının yaradılmasında ittiham olunur

18 Aprel 2014 16:59
0 Şərh     Baxış: 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Baş Prokurorluğunun qaldırdığı yeni cinayət işində sabiq prezident Viktor Yanukoviçin adı hallanır

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, konkret olaraq Yanukoviç və onun komandasında yer almış digər yüksək çinli məmurlar terror təşkilatının yaradılmasında ittiham edilirlər.

Ukrayna Baş Prokurorluğu bildirir ki, eks-prezidentlə yanaşı, Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Aleksandr Yakimenko və sabiq daxili işlər naziri Vitali Zaxarçenko 2014-cü ilin fevralın 20-də Kiyevdə kütləvi insan ölümünə səbəb olan terrorçu təşkilat yaradıblar. Həmin təşkilata Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları və Daxili qoşunların əsgərləri cəlb olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.