Dünya

Luqansk şəhərinə ağır hərbi texnika yeridildi

9 Aprel 2014 17:53
0 Şərh     Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Luqansk şəhərinə piyadaların döyüş maşınları (BTR) yeridilib. Hərbi texnika Dnepropetrovsk şəhərindən gətirilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "1+1" telekanalı məlumat yayıb. 

Hərbi texnikanın Luqansk şəhərinə yeridilməsi Ukrayna təhlükəsizlik xidmətinin vilayət idarəsinin binasını tutan yerli sakinlərin əməlləri ilə əlaqədardır. 

Daxili işlər naziri Arsen Avakov etirazçılara ultimatum göndərib. Onlara 48 saat ərzində binanı tərk etmək təklif olunub. Əks təqdirdə, güc tətbiq ediləcəyi bildirilib. 

Qeyd edək ki, aprelin 6-da etiraz edən Rusiya meylli Luqansk sakinləri Ukrayna Təhükəsizlik Xidmətinin binasını tutublar. Aprelin 7-də isə Xarkov və Donetsk şəhərlərində "Xarkov Xalq Respublikası"nı və "Donetsk Xalq Respublikası"nın yaradıldığını elan ediblər. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.