Dünya

Soçidə terror aktlarının qarşısı alındı

9 Aprel 2014 16:54
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ABŞ, Avstriya, Fransa, Almaniya və Gürcüstandan olan həmkarları ilə birgə əməliyyatı Soçidəki Olimpiya obyektlərinə terror hücumlarının qarşısını almağa imkan verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə FTB-nin direktoru Aleksandr Bortnikov bildirib.

O qeyd edib ki, terrorizm bu gün transmilli cinayət hadisəsidir. Тəkcə 2013-cü ildə dünyanın 70-dən artıq ölkəsi terrorçuların hücumlarına məruz qalıblar: "Beynəlxalq təhlükəsizliyə bu sərt çağırışla mübarizədə barışmazlıq Rusiyanı cinayətkarların əsas hədəflərindən birinə çevirib. Terrorizmlə səmərəli mübarizə yalnız bütün ölkələrin birgə səyi ilə mümkündür".

A.Bortnikov əlavə edib ki, Suriyadakı hadisələri nəzərə alaraq, Federal Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə Rusiyanın cinayət qanunvericiliyinə döyüşçü düşərgələrində təlimlər keçirilməsinə, həmçinin terror strukturlarının yaradılması və fəaliyyətinin təşkilinə görə sərt cəza normaları daxil edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.