Avropa Komissiyası (AK) Ukraynaya dəstək qrupunun yaradıldığını elan edib. Bu barədə AK-nin sədri Joze Manuel Barrozu məlumat verib.
Trend-in məlumatına görə, xəbəri İTAR-TASS agentliyi yayıb.
O deyib: "Avropa Komissiyası Ukraynaya dəstək qrupu yaradıb. Onun məqsədi Ukraynaya təkcə maliyyə deyil, həm də texniki yardım, islahatlar prosesində dəstəkdir. Bununla da biz təsdiq edirik ki, Aİ Ukraynanın tərəfindədir".
Bu qərar "Avropa Komissiyasının Kiyevə 11 milyard avro həcmində yardım göstərməsi haqqında elan etməsindən və bu ölkə ilə assosiasiya haqqında sazişin siyasi hissəsinin imzalanmasından sonra növbəti addımdır".
O dəqiqləşdirib ki, bu məbləğ 2020-ci ilədək BVF-nin bütün tələblərinin yerinə yetirilməsi şərtilə veriləcək. Bu zaman bunun səkkiz milyardını Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı tərəfindən yalnız əlverişli iqtisadi konyuktura şəraitində həyata keçiriləcək mümkün layihələrin maliyyələşdirilməsi təşkil edir. Assosiasiyalar haqqında sazişə gəldikdə, onun siyasi bloku bu sənədin həcminin cəmi iki faizini təşkil edir və rəmzi addımdır.
Qeyd edək ki, bu, artıq Ukraynaya dəstəklə bağlı qrup yaratmaq üzrə üçüncü cəhddir. Onun tərkibi hələlik müəyən edilməyib. Fevral və mart aylarında AK belə qrupun yaradılmasına hazırlıq getdiyini artıq bəyan etmişdi. Lakin hər iki halda onun yaradılması təxirə salınmışdı.
Qeyd edək ki, fevralın 22-də Ukraynada hakimiyyət dəyişikliyi baş verib.
Milli.Az
Dünya
Barrozu: "Avropa Komissiyası Ukraynaya dəstək qrupu yaradıb"
9 Aprel 2014 15:22
0 Şərh
Baxış: 507
DİGƏR XƏBƏRLƏR
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
- Kays Səid rekord səs faizi ilə seçkilərdə qalib gəldi
XƏBƏR LENTİ
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu
- Dırnaqda ağ nöqtələrin və zolaqların yaranmasının SƏBƏBİ
- Azərbaycan 2250 universitet arasında yer ala bilmədi, səbəb...
- İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
- Karateçilərimiz Venetsiyada
- Kays Səid rekord səs faizi ilə seçkilərdə qalib gəldi
- Bakıda kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - DƏHŞƏT YAŞADI
- Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə müvəqqəti olaraq qaz olmayacaq
- 44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr
- Dünyada qadağan olunan yağ Bakıda satılır - FOTO
- Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dörd il ötür
- Aleksandru Giboy üçüncü müddətə EANA-nın baş katibi vəzifəsinə seçilib
- Günün qoroskopu: Gizli məlumatlar ortaya çıxa bilər, diqqətli olun
- Ümid edirik ki, bu tarixə kimi Bakı ilə sülh olacaq - Xaçatryan
- İlham Əliyev Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharında iştirak edib