Dünya

Ukrayna qaz anbarlarına Rusiya qazının vurulmasını dayandırdı

9 Aprel 2014 14:40
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın qaz inhisarçısı "Qazprom"la qazın hər min kubmetrinə görə 268,5 dollar məbləğində olan qiymətinə qayıtmaqla bağlı razılığa gəlməyə çalışan Ukrayna bu gündən öz yeraltı qaz anbarlarına Rusiya qazının vurulmasını dayandırıb.

Bu barədə Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan hökumətin iclasında bəyan edib.

Trend-in məlumatına görə, xəbəri UNİAN yayıb.

O deyib: "Biz bu gündən qaz vurmuruq. Bizim hələ müvafiq qazvurmanı həyata keçirməyə vaxtımız var".

Nazir onu da bildirib ki, Ukrayna tərəfi "Qazprom"un qaza təyin etdiyi qiymətlə razılaşmır və ölkə Rusiya ilə 2014-cü ilin birinci rübündə olan köhnə qiymətə qayıtmaqla bağlı danışıqlar aparır.

Y.Prodan xəbər verib ki, Ukrayna tərəfi qazın mart ayındakı nəqli üçün borcu hesablaşmayıb, borc 550 milyon dollardan çox təşkil edir: "Marta görə borcu biz hələlik hesablamamışıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.