Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Uilyamın ailəsi ilə birlikdə Yeni Zelandiya ilə Avstraliyaya səfəri davam edir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şahzadə Uilyam, onun xanımı, Kembric hersoginyası Ketrin Middlton və 9 aylıq şahzadə Corc Yeni Zelandiyadadır.
Vellinqtondakı hökumət iqamətgahında balaca Corc ilk dəfə olaraq "geniş ictimaiyyət qarşısına" çıxıb.
Rəsmi qəbulda şahzadə Corcun yanında 10 körpə - 6 qız və 4 oğlan da vardı.
Balaca şahzadənin dayəsi Maria Teresa Turrion Borrallo onun yanından ayrılmayıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.